“Səni  öldürmək   istərdim”: Azərbaycan əsilli futbolçu “Zenit”in məşqçisini HƏDƏLƏDİ
26 oktyabr 2023 16:18 (UTC +04:00)

“Səni öldürmək istərdim”: Azərbaycan əsilli futbolçu “Zenit”in məşqçisini HƏDƏLƏDİ

Sankt-Peterburq "Zenit"inin baş məşqçisinin köməkçisi Anatoli Timoşuku ölümlə hədələnib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ona qarşı təhdidlər futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi, eləcə də komanda yoldaşı Aleksandr Əliyevdən gəlib.

“Bəlkə nə vaxtsa Timoşukla mən görüşərik. Mən onu məmnuniyyətlə öldürərdim”, - Əliyev Ukrayna telekanallarından birində bildirib. O, hətta həbsxanaya getməyə də hazır olduğunu vurğulayıb və həmçinin əlavə edib ki, guya o, mətbuatın sitat gətirdiyi kimi əməliyyatı ölkəsindən kənarda keçirmək niyyətindədir.

Anatoli Timoşuk 2017-ci ildən "Zenit"in baş məşqçisinin köməkçisi vəzifəsində çalışır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar