Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Barselona” səfərdə “Şaxtyor”la qarşılaşıb.
Lent.az-ın “UNİAN-a istinadən verdiyi məlumata görə, Almaniyanın Hamburq şəhərindəki “Volksparkstadion” stadionunda keçirilən oyun 1:0 hesabı ilə Ukrayna klubunun xeyrinə başa çatıb.
Yeganə qolu gürcüstanlı yarımmüdafiəçi Georgi Qoçoleyşvilinin ötürməsindən ukraynalı hücumçu Daniil Sikan vurub.
Dörd turdan sonra “Barselona” 9 xalla dördlük turnir cədvəlinə başçılıq edir. Bu qələbə sayəsində “Şaxtyor” altı xal toplayıb və üçüncü pilləyə yüksəlib.
Növbəti mərhələdə Ukrayna yığması evdə “Antverpen”lə, kataloniyalılar isə doğma meydanda “Porto” ilə qarşılaşacaq. Hər iki görüş noyabrın 28-də baş tutacaq.