Şahmatçımız FİDE prezidentinin rusiyayönlü olmasına belə ETİRAZ ETDİ
07 aprel 2022 09:09 (UTC +04:00)

Şahmatçımız FİDE prezidentinin rusiyayönlü olmasına belə ETİRAZ ETDİ

Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.

Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını feysbuk səhifəsində açıqlayıb: “Söz verirəm ki, FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.

Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar