Rusiyada tanınmış idmançı qətlə yetirilib.
Apasport.az saytının məlumatına görə, hadisə Şimali Osetiyanın Mozdok şəhərində baş verib.
MMA üzrə ikiqat FCF çempionu Alan Hadziyev öldürülüb. O, şəhərin restoranlarından birində yaşanan davada iştirak zamanı ölümcül yaralanıb.
Onunla yanaşı davanın daha bir iştirakçısı yerli iş adamı da hadisə yerində ölüb. Daha bir şəxs isə reanimasiyaya yerləşdirilib.