Rusiyada çıxış edən bu idmançılardan  xüsusi vergi   alına bilər
18 may 2023 19:12 (UTC +04:00)

Rusiyada çıxış edən bu idmançılardan xüsusi vergi alına bilər

Basketbolçu Brittni Qraynerin hekayəsindən sonra ABŞ-da qanunvericilər Rusiya klublarında çıxış edən idmançılar üçün xüsusi qaydalar tətbiq etməyə hazırdırlar. 

Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ rəsmiləri basketbolçu ilə baş verən insidentdən sonra qeyri-qanuni həbs riskləri ilə bağlı xəbərdarlıqları gücləndirsələr də, bu, bəzi basketbolçu, hokkey və voleybolçuları dayandıra bilməyib. Qanunvericilər ABŞ idmançılarının “düşmən ölkələrə” getməsinin qarşısını almaq üçün ABŞ hökuməti üçün daha çox vasitə yaratmaq istəyirlər.

Aviaşirkətlərdən Dövlət Departamentinin belə səfərlər barədə xəbərdarlıqları nəzərə çarpan yerdə yerləşdirməsini tələb etmək düşünülür. Vaşinqtonda nəzərdən keçirilən digər ideyalar arasında vergi məcəlləsinə düzəlişlər də daxildir. Onlar Dövlət Departamentinin məlumatına görə, amerikalıların qeyri-qanuni həbslərə məruz qala biləcəyi ölkələrdə işdən əldə edilən gəlirə xüsusi vergi nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar