Runi  baş məşqçi   postundan getdi
08 oktyabr 2023 16:50 (UTC +04:00)

Runi baş məşqçi postundan getdi

İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “Di Si Yunayted” komandasının baş məşqçisi postunu tərk edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun rəsmi saytında xəbər verilib.

O, 2022-ci ilin iyulundan Amerika klubunda çalışırdı. Onun rəhbərliyi altında komanda 53 oyun keçirib, 14 dəfə qalib gəlib, 13 dəfə heç-heçə edib, 26 oyunda məğlub olub. Bir oyunçu kimi o, 2018-2020-ci illərdə həmin komandada çıxış edib.

Runi 37 yaşındadır və əvvəllər “Derbi Kaunti”də, o cümlədən oyunçu-məşqçi kimi çalışıb. O, futbolçu kimi İngiltərənin “Everton” və “Mançester Yunayted” klublarını da təmsil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar