Ronaldoya AĞIR CƏZA:  oyuna buraxılmayacaq
29 fevral 2024 09:45 (UTC +04:00)

Ronaldoya AĞIR CƏZA: oyuna buraxılmayacaq

Səudiyyə Liqasının Etika və İntizam Komitəsi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu “Əş-Şəbab” azarkeşlərinə qarşı ədəbsiz jestinə görə cəzalandırmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ronaldo portuqaliyalıya “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.

Ronaldo 1 oyunluq diskvalifikasiya və həmçinin 2,6 min dollar cərimə olunacaq. Portuqaliyalı həm də “Əş-Şabab”a 5,3 min dollar ödəməli olacaq.

Belə ki, Ronaldo fevralın 29-da “Əl-Hazma” ilə Səudiyyə Ərəbistanı çempionatında keçiriləcək matçı buraxacaq.

Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 38 yaşlı Kriştiano Ronaldo 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

# 2340
avatar

Oxşar yazılar