"Mançester Yunayted"in və Portuqaliya millisinin 37 yaşlı hücumçusu Kriştiano Ronaldonun anası oğlunu Lissabonun "Sportinq" komandasında görmək istəyir.
“Oğluma ölmədən əvvəl onu “Sportinq”də görmək istədiyimi söylədim. Bu il keçmək üçün çox gecdir, lakin gələn il hər şey ola bilər.
Ronaldonun oğlu artıq Lissabonda yaşamaq və "Sportinq"də oynamaq istədiyini bildirib. Arzum onları eyni vaxtda “Sportinq”də görməkdir, – Lent.az xarici mediaya istinadla bildirir ki, Maria Dolores Aveyro deyib.
Kriştiano Ronaldo "Sportinq"in yetirməsidir, 2003-cü ildə "Mançester Yunayted"ə keçib. Onun oğlu hazırda mankunian klubunun akademiyasında oynayır.