Ronaldonu  99 şallaq zərbəsi   gözləyir - İranlı qıza görə
11 oktyabr 2023 18:07 (UTC +04:00)

Ronaldonu 99 şallaq zərbəsi gözləyir - İranlı qıza görə

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ilə üzləşib.

Lent.az xarici mediaya istinadən bildirir ki, portuqaliyalı Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edib. Ronaldo onun portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu qızı qucaqlayaraq öpüb. 

İran qanunlarına görə, Ronaldonu subay şəxs tərəfindən zina etdiyinə görə 99 şallaq cəzası gözləyir. Qeyd olunur ki, hazırda əfsanəvi futbolçuya qarşı işin açılıb-açılmaması məlum deyil.

Ronaldo 2023-cü il yanvarın 2-də Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ın oyunçusu olub, klubla müqaviləyə əsasən, ildə 200 milyon avro alacaq. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar verildiyi də bildirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27468
avatar

Oxşar yazılar