Ronaldodan ərəb klubunun  rəhbərliyinə ÇAĞIRIŞ: “Onu alın!”
06 oktyabr 2024 12:01 (UTC +04:00)

Ronaldodan ərəb klubunun rəhbərliyinə ÇAĞIRIŞ: “Onu alın!”


39 yaşlı portuqaliyalı Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyneyə diqqət yetirməyə dəvət edib.

Ronaldo “Əl-Nəsr” üçün əhəmiyyətini təkcə meydanda deyil, həm də meydandan kənarda nümayiş etdirməkdə davam edir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, şayiələrə görə, portuqaliyalı klubun transfer strategiyası ilə bağlı müzakirələrdə fəal iştirak edir. 

“Transfer News Live”in “Daily Mirror”a istinadən verdiyi məlumata görə, Ronaldo "Əl-Nəsr" rəhbərliyinə "Mançester Siti"nin yarımmüdafiəçisinə diqqət yetirməyi təklif edib.

Ronaldonun fikrincə, bu transfer komandanı yeni səviyyəyə çıxara və Səudiyyə Ərəbistanında lider ola bilər. Bildirilir ki, klub De Bruyneyə inanılmaz şərtlər - həftədə təxminən 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır.

Belçikalının özü əvvəllər Səudiyyə Ərəbistanına köçmək imkanını istisna etmirdi ki, bu da bu addımı kifayət qədər real edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar