Kriştiano Ronaldo hazırki klubu “Əl-Nəsr”lə bağlı yeni açıqlama verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ulduz futbolçunun açıqlaması hər kəsi təəccübləndirib. Belə ki, futbol həvəskarları və peşəkarlar Ronaldonun ərəb klubuna getdiyinə görə peşman olacağını idda edirdilər.
Lakin Ronaldonun etiraf xarakterli açıqlaması gözlənilməz olub. Hücumçu, “Daha əvvəllər Əl-Nəsr-i tanıyıb bu kluba keçmədiyim üçün peşmanam” deyə fikir bildirib.
Qeyd edək ki, oyunçunun ərəb klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, bu sezon çıxış etdiyi 22 oyunda 20 qol vurub və 10 məhsuldar ötürmə edib.