Kriştiano Ronaldo qış transfer pəncərəsində "Mançester Yunayted"i tərk edə bilər.
Lent.az xarici mediaya istinadla xəbərinə görə, əgər əvvəllər klubdan yalnız futbolçu getmək istəyirdisə və rəhbərlik buna qarşı idisə, indi tərəflərin istəyi üst-üstə düşür.
“The Telegraph” yazır ki, o, mankunianların ehtiyat oyunçular skamyasında qalmaqdan yorulub və getmək istəyir. Baş məşqçi Erik Ten Haq da buna mane olmayacaq.
Ona görə də hücumçu üçün layiqli təklif olsa, “qırmızı şeytanlar”ın rəhbərliyi portuqaliyalını buraxacaq.
Xatırladaq ki, 37 yaşlı Ronaldo yayda “Mançester Yunayted”dən ayrılmağa çalışsa da, sonradan heç bir təklif alınmayıb. Bu mövsüm portuqaliyalı "Mançester Yunayted"in heyətində ilk dəqiqələrdən cəmi bir oyunda meydana çıxıb.