Səudiyyə Ərəbistanı hökuməti Kriştiano Ronaldoya sevgilisi Corcina Rodrigeslə ölkədə birgə yaşamağa icazə verib.
Dekabrın sonunda portuqaliyalı hücumçu “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzalayıb. Səudiyyə Ərəbistanında İslam qanunları rəsmi evli olmayan cütlüklərin eyni dam altında yaşamasını qadağan edir. Məlum olduğu kimi, Ronaldo ilə Corcina rəsmi nikahda deyillər. Amma bildirilir ki, onlara münasibətdə istisna olacaq.
Mülki hüquq üzrə ixtisaslaşmış səudiyyəli hüquqşünasların sözlərinə görə, ərəb ölkəsinin polisi artıq nikahdan kənar birlikdə yaşayan əcnəbi cütlükləri mühakimə etmir. Bunu qadağan edən qanun yalnız belə cütlüklərdəki tərəflərdən biri cinayət törətdiyi halda qüvvəyə minir.
Corcinanln Səudiyyə Ərəbistanı vizası almasl üçün iki yolu var: birincisi, “Əl-Nəsr” onunla bir növ əməkdaşlıq edir, bu halda o, işğüzar viza alır. İkinci isə ona 90 günlük turist vizası verilir.
Bununla belə, bir vəkilin dediyinə görə, Səudiyyə Ərəbistanının məşğulluq qanunları krallığa giriş vizası alan hər bir qadının Səudiyyə Ərəbistanında yaşayan kişinin arvadı, işçisi və ya qohumu olmasını tələb edir.
Başqa bir iddiaya görə, diplomatik nümayəndəliklər qanunla rəsmi nikahda olmayan qadına viza verə bilmir, amma buna göz yumurlar. “Nikahda olmayam kişi və qadın münasibətlərinin mahiyyətini açıqlamadan ayrı-ayrılıqda viza ala bilirlər” - deyə vəkil bildirib./Qol.az