Sentyabrın 2-də Madriddə La Liqanın 4-cü turunun oyunu keçirilib və "Real" evdə "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Madrid klubunun qollarından birini yarımmüdafiəçi Cud Bellinqem vurub. Onun bu qolu “Real”ın heyətində dörd oyunda 5-ci olub.
Beləliklə, o, 21-ci əsrdə La Liqada keçirdiyi ilk 4 oyunda qol vuran 4-cü futbolçu olub. Əvvəllər bunu 2009-cu ildə Kriştiano Ronaldo və Zlatan İbrahimovic, eləcə də Sesk Fabreqas 2011-ci ildə etmişdilər.