Ronaldo bu göstəriciyə görə Messini geridə qoydu
22 sentyabr 2021 19:22 (UTC +04:00)

Ronaldo bu göstəriciyə görə Messini geridə qoydu

Portuqaliyalı hücumçu Kriştiauno Ronaldo “Mançester Yunayted”ə keçəndən sonra “Forbes”in versiyasına görə ən çox qazanan futbolçular siyahısında lider olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 36 yaşlı futbolçu vergilər çıxılmaqla 125 milyon dollar qazanacaq.

“Barselona”dan Parisin PSJ klubuna keçən Lionel Messi ikinci sıraya düşüb. Argentinalı hücumçunun qazancı bu mövsüm 110 milyon dollar olacaq.

“Forbes” 2021/22 mövsümünün ən çox qazanacaq futbolçularını təqdim edir:

1.Kriştiano Ronaldo (“Mançester Yinayted”) – 125 milyon dollar

2. Lionel Messi (PSJ) – 110 milyon

3. Neymar (PSJ) – 95 milyon

4. Kilian Mbappe (PSJ) – 43 milyon

5. Məhəmməd Salah (“Liverpul”) – 41 milyon

6. Robert Levandovski (“Bavariya”) – 35 milyon

7. Andres İnyesta (“Vissel Kobe”) – 35 milyon

8. Pol Poqba (“Mançester Yunayted”) – 34 milyon

9. Qaret Beyl (“Real”) – 32 milyon

10. Eden Azar (“Real”) – 29 milyon. 

# 1818
avatar

Oxşar yazılar