Xorvatiyanın “Qoritsa” klubunun baş məşqçisi Dinko Yeliçiç portuqaliyalı futbolçu Kriştianu Ronaldonun Sankt-Peterburqun "Zenit"inə mümkün transferini şərh edib.
Lent.az xarici mətbuata istinadla bildirir ki, 2023-cü ilin yazında Yeliçiç Ronaldonun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi vəzifəsində çalışıb.
"Ronaldo 42-45 yaşında "Zenit"ə keçəcəkmi? Ha, heç bilmirəm, o vaxta qədər çox vaxt keçəcək. Deyə bilərəm ki, Kriştiano əla peşəkardır, o, daha bir neçə il mütləq oynayacaq. Ancaq o vaxta qədər Kriştianonun nə düşünəcəyini söyləmək mənim üçün çətindir. İndi o, bütün diqqətini “Əl-Nəsr”da oynamağa cəmləyib və bu kluba kömək etmək istəyir. Amma Rusiyaya keçid asan olmayacaq”, - Yeliçiç vurğulayıb.