"Roma" ispaniyalı yarımmüdafiəçi İsko Jorje Mendeşin agenti ilə danışıqlar aparır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Roma komandasının baş məşqçisi Joze Mourinyo 30 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Roma" İsko ilə 3 illik müqavilə imzalamağa hazırdır.
İsko 2013-cü ildən "Real”da çıxış edir. Başa çatan mövsümdə o, 17 oyun keçirib və 2 qol vurub.