“Roma” belçikalı hücumçu Romelu Lukakunu transfer edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 30 yaşlı Lukaku 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında “Çelsi”dən “Roma”ya keçib. Yeni klubunda hücumçu 90 nömrəli forma geyinəcək.
“Lukakunun “Roma”nı seçməsindən çox məmnunuq. Onun gəlişi ilə biz daha çox təcrübə, peşəkarlıq və qalib gəlmək arzusu qazanırıq. Bütün qərarlarımız komandanın rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Biz çox qürur duyuruq ki, tərəfdarlarımız Romelunu belə həvəslə qarşılayırlar”, - “Roma”nın baş direktoru Tiaqo Pinto hücumçunun transferini şərh edib.
Lukaku ötən mövsüm “İnter”də icarə əsasında çıxış edib, 37 oyuna çıxıb və 14 qol vurub.