“Mançester Siti”nin futbolçusu Riyad Mahrez ailə həyatı qurub.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 31 yaşlı hücumçu model Teylor Uordla evlənib.
Əlcəzairli futbolçu ilə 23 yaşlı modelin toyu xəlvət təşkil olunub. Mərasim müsəlman qaydaları ilə keçirilib.
Cütlük daha bir toy mərasimi keçirməli olacaq. Onlar Böyük Britaniyada toy təşkil etməlidir ki, nikah bu ölkədə də qanuni sayılsın.
Qeyd edək ki, Mahrezlə Uord 2021-ci ilin iyununda nişanlanmalarını açıqlayıb. Həmin vaxt afrikalı futbolçu qıza təxminən 480 min avroluq üzük bağışlayıb.