“Real”ın prezidentindən  Mbappe ilə bağlı   AÇIQLAMA
11 yanvar 2024 11:58 (UTC +04:00)

“Real”ın prezidentindən Mbappe ilə bağlı AÇIQLAMA

"Real"ın prezidenti Florentino Peres İspaniya Superkubokunda "Atletiko" üzərində qələbədən sonra (5:3) PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı azarkeşlərin sualını cavablandırıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, azarkeşlərdən biri deyib: "Zəhmət olmasa, bizə Kilian lazımdır". 

"Mən sizinlə razıyam", - Florentino cavabında bildirib. 

Yanvarın 1-də "Real"ın fransalı futbolçuya rəsmi təklif göndərdiyi və qərarın qəbulu üçün son tarix - yanvarın ortaları təyin edildiyi bildirilirdi.

Daha əvvəl bildirilmişdi ki, “Liverpul” Mbappeni razı salmağa çalışır, əsas diqqətini Premyer Liqanın İspaniya La Liqasından üstünlüyünə yönəldir.

Onun parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də futbolçu indi başqa klublarla danışıqlar aparmaqda sərbəstdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11094
avatar

Oxşar yazılar