“Real”ın  prezidenti   olmaq istədiyini AÇIQLADI
19 sentyabr 2023 12:02 (UTC +04:00)

“Real”ın prezidenti olmaq istədiyini AÇIQLADI

İspaniyalı tennisçi Rafael Nadal “Real”ın prezidenti olmağa etiraz etməyəcəyini etiraf edib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, İspaniya klubunun hazırkı rəhbəri Florentino Peresdir.

“Əgər məndən soruşsan ki, mən bunu istəyirəm, onda təbii ki, istəyirəm, niyə də olmasın? Amma bununla da bitmir... Məncə, olmayacaq. Artıq çox yaxşıyıq. İndi bizim əla prezidentimiz var və məncə, “Real”ın mənə ehtiyacı yoxdur, amma gələcəkdə nə olacağını heç vaxt bilmirik. Bu gün mən bu məsələni qaldıra bilmərəm”, - Nadal vurğulayıb.

Maraqlıdır ki, Nadal 2010-cu ildən dayısının oynadığı “Malyorka”nın səhmdarı olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649

Oxşar yazılar