“Real”ın sponsorlarından biri olan Almaniyanın BMW avtomobil konserni ənənəvi olaraq Madrid klubunun nümayəndələrinə hədiyyələr paylayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, komandanın futbolçuları və məşqçilər korpusu məşhur brenddən olan yeni avtomobillərini nümayiş etdiriblər. Qeyd edək ki, bu il bir çox oyunçu BMW-dən tamamilə yeni elektrik avtomobillərinə keçib.
Xüsusilə, ukraynalı qapıçı Andrey Lunin özü üçün belə bir avtomobil seçib. Zədə səbəbindən millinin qarşıdakı oyunlarını buraxacaq qapıçı 108 min 450 avro dəyərində olan tamamilə yeni BMW iX xDrive50 ilə daha yaxından tanış ola biləcək. Avtomobil bir dəfə doldurulmaqla 600 kilometrdən çox yol qət edə bilir.
Eyni avtomobili Antonio Rudiqer, Toni Kroos, David Alaba, Valverde və Brahim Diaz da götürüblər.
Komandanın yarımmüdafiəçisi Luka Modriç BMW iX M60 (140 400 avro) sahibi olub.
Ən sadə variantı BMW i4 eDrive35 (57 350 avro) alan fransız Aurelien Çuameni seçib.
Cud Bellinqem, Dani Karvahal, Tibo Kurtua, Arda Güler, Xoselu, Kepa, Sebalos və Rodriqo kolleksiyasına ən bahalı avtomobili - BMW XM-i əlavə ediblər. Avtomobilin qiyməti 179 700 avrodur.
Komandanın baş məşqçisi Karlo Ançelotti qiyməti 79 550 avro olan BMW i4 M50-nin sahibi olub.