Braziliyanın “Palmeyras” klubunun 17 yaşlı hücumçusu Endrik ilk dəfə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya (17 noyabr) və Argentina (22 noyabr) ilə oyunlar üçün Braziliya millisinə çağırılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Endrik ötən ilin dekabrında “Real” ilə müqavilə imzalayıb. O, 2024-cü ilin yayında, 18 yaşı tamam olanda “Kral klubu”na qoşulacaq. Müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədərdir.
Endrik 17 yaşa qədər Braziliya millisində çıxış edib.