"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane karyerasını La Liqada davam etdirə bilər.
Lent.az bildirir ki, "Bild"in məlumatına görə, almaniyalı ilə İspaniya çempionatının iki top klubu maraqlanır: "Real" və "Barselona".
Sanenin Münhen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçu hələ ki "Bavariya" rəhbərliyi ilə gələcəyini müzakirə etməyib.