"Real" üçün  PİS XƏBƏR
19 avqust 2022 19:42 (UTC +04:00)

"Real" üçün PİS XƏBƏR

“Real” bu yay Bruno Gimaraeşi transfer edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb klubu “Nyukasl”ın 24 yaşlı yarımmüdafiəçini buraxmaq istəməməsidir.

“Kral klubu” “Mançester Yunayted”ə keçməyə yaxın olan Kasemironu əvəzləmək üçün məhz Braziliya millisinin digər üzvünü nəzərdən keçirir. Ancaq “sağsağanlar” onu heç bir məbləğə satmaq fikrində deyil. Həmçinin yarımmüdafiəçi özü də komandada qalmağı düşünür. 

Qeyd edək ki, “Nyukasl” Bruno Gimaraeşin transferi üçün bu ilin yanvarında “Lion”a 42+8 milyon avro ödəyib.

# 1941
avatar

Oxşar yazılar