"Real" "Bavariya"nın lider oyunçusunu  alır
05 mart 2024 09:27 (UTC +04:00)

"Real" "Bavariya"nın lider oyunçusunu alır

“Bavariya”nın müdafiəçisi Alfonso Devis “Real Madrid”in futbolçusu ola bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçunun transferi ilə bağlı danışıqlar son mərhələdədir. Müqavilə hələ razılaşdırılmayıb, lakin tərəflər buna yaxındırlar.

Əvvəllər “Bavariya” futbolçu üçün 50 milyon tələb, “Real” isə 35 milyon avro təklif edirdisə, indi tərəflərin mövqeləri yaxınlaşıb. Futbolçunun özü də “Real Madrid”ə keçmək istəyir. Alfonsonun “Real Madrid”ə keçidi ilə bağlı artıq ilkin razılığa gəldiyi bildirilib.

Xatırladaq ki, Devisin “Bavariya” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Bu mövsüm o, Münhendə 28 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8133
avatar

Oxşar yazılar