"Real"ın baş məşqçisi Karlo Ançelotti ətrafında gülməli vəziyyət yaranıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, italiyalı f karyerasında 21 kubok qazanıb, lakin UEFA onun kvalifikasiyalarına şübhə edir.
Məsələ ondadır ki, Ançelottinin məşqçilik lisenziyasının müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.
Buna görə də UEFA Ançelottidən imtahanda biliyini təsdiqləməsini tələb edir. Bundan sonra məşqçinin lisenziyası yenilənəcək və o, komandanın rəhbərliyinə qayıda biləcək.
Belə çıxır ki, karyerasında 21 kubok, o cümlədən üç dəfə Çempionlar Liqasının qalibi olan məşqçi məşqçiliyə layiq olduğunu yenidən sübut etməlidir.