“Yuventus”un hücumçusu Paulo Dibala “Nyukasl”ın maraq dairəsindədir.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi argentinalı forvardla danışıqlara başlayıb.
“Sağsağanlar” 29 yaşlı ön xətt oyunçusuna sərfəli təklif göndərib. “Nyukasl” onu klub tarixinin ən çox maaş alan oyunçusu etməyə hazırdır. Dibala ingilislərlə müqaviləyə razılaşsa, həftəlik məvacibi 200 min funt sterlinq olacaq. Dibala “Mançester Yunayted” və “Arsenal”ın gündəmində olsa da, “Nyukasl”ın şansı daha çoxdur.
Qeyd edək ki, cari mövsüm A seriyasında 25 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verən Paulo Dibala yayda azad agent kimi komandanı tərk edəcək.