Raymon Domenek: “Qarabağ” “Marsel”i “süpürdü”
19 fevral 2022 14:49 (UTC +04:00)

Raymon Domenek: “Qarabağ” “Marsel”i “süpürdü”

“Marseldəki oyunda hər şey bizim nə gözlədiyimizdən asılıdır. Əgər yalnız müsbət nəticə istəyirdiksə, razı qala bilərik”.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə “Qarabağ” arasında keçirilən ilk oyunu dəyərləndirərkən deyib.

“Velodrom” stadionunda ev sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı dəyərləndirən 70 yaşlı mütəxəssis “Marsel”in heç də yaxşı çıxış etmədiyini vurğulayıb: “Etiraf edək ki, “Marsel”dən “Qarabağ” kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik. Xüsusən də, indiki durumda. Öz-özümüzə deyirik ki, qələbə qazandıq, razıyıq, heyətdə rotasiya edildi. Ancaq oyunda “Qarabağ” “Marsel”i “süpürdü”, nəzarət komandamızda olmadı, rəqibi çətinliyə salmadıq”.

Son olaraq 2020/21 mövsümündə “Nant”ı çalışdıran Domenek “Marsel”in bu qələbəsinin onda narahatlıq yaratdığını gizlətməyib: “Bəzən insanı narahat edən qələbələr olur. Bəzi futbolçular gözlənilən performansı sərgiləmədi. “Marsel”in ikinci qolunda Arkadiuş Milik oyundankənar vəziyyətdə deyildi. Amma “Qarabağ”ın da iki hücümu zamanı ofsayd yox idi. Baş məşqçi heç tanımadığı bir rəqibə qarşı dominant futbol oynadıqları zaman xoşbəxt olduğunu deyər”.

Qeyd edək ki, “Qarabağ”la “Marsel” arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar