Ramosun DÇ-2026 planları: “Yeganə futbolçu olacağam”
13 mart 2021 16:52 (UTC +04:00)

Ramosun DÇ-2026 planları: “Yeganə futbolçu olacağam”

“Əkdiyim çoxsaylı toxumların məhsulunu yığıram. 34 yaşında özümü 28 yaşındakı kimi, güclü hiss edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya millisinin futbolçusu Serxio Ramos deyib.

“Real”ın kapitanı olan veteran müdafiəçi gələcək karyerası barədə fikirlərini bölüşüb: “Yəqin ki, karyeramı fiziki yox, psixoloji problem üzündən bitirəcəyəm. Öz sağlamlıq və formama nəzarət edirəm. 2026-cı ildə Meksika, Kanada və ABŞ-da təşkil olunacaq dünya çempionatında da oynaya bilərəm. Onda mən 6 dünya çempionatında oynamış yeganə futbolçu olacağam. İndi 35 yaşından yuxarı olan daha çox yüksək səviyyəli futbolçu var”.

Qeyd edək ki, Ramos 2005-ci ildən çağırıldığı yığma ilə dünya (2010) və iki dəfə Avropa (2008, 2012) çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar