Ramosu yanına çağırdı – sabiq məşqçisi
21 iyun 2021 16:37 (UTC +04:00)

Ramosu yanına çağırdı – sabiq məşqçisi

“Real”dan ayrılan Serxio Ramosun karyerasını harada davam etdirəcəyi hələ də məlum deyil.

Apasport.az saytının məlumatına görə, PSJ və “Yuventus”dan təklif alan 35 yaşlı ulduz futbolçuya daha bir klub “elçi düşüb”.

“Roma”nın yeni baş məşqçisi Joze Mourinyo vaxtilə “Real”da rəhbərliyi altında çıxış edən mərkəz müdafiəçisini yenidən sərəncamında görməkdə maraqlıdır. Portuqaliyalı mütəxəssis bunun üçün İspaniya millisinin kapitanı ilə söhbət edib, onu yanına çağırıb. Paytaxt təmsilçisi ona illik 7,5 milyon avro maaş verməyə hazırdır.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən şərəfini qoruduğu “Real”dan bu yay vidalaşıb.

# 1302
avatar

Oxşar yazılar