Ramil Şeydayevin çıxış etdiyi Tailand çempionatı start götürüb.
Lent.az saytı xəbər verir ki, ilk turun təmsilçimiz üçün uğurlu olmayıb.
Səfərdə “Khokaen”in qonağı olan “Buriram” qələbə qazana bilməyib. Ramilin komandası böyük üstünlük qazansa da, rəqib komandanın qapısına yol tapmaq mümkün olmayıb. 0:0 hesabı ilə başa çatan qarşılaşmada Şeydayev 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, “Buriram” növbəti turda “Lamphun Uorrior”la qarşılaşacaq. Oyun avqustun 20-də baş tutacaq.