Rafiq Hüseynov  tarixə düşdü
04 aprel 2022 01:48 (UTC +04:00)

Rafiq Hüseynov tarixə düşdü

Rafiq Hüseynov Azərbaycan yunan-Roma güləşində rekorda imza atıb. 

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib. 

O, klassik güləşdə 3 qat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. Hüseynov Dortmundda (2011), Romada (2020) və Budapeştdə (2022) qızıl medala yiyələnib. 

Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var. Rafiq 2018-ci ildə Kaspiyskdə 3-cü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar