“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola futbolçu karyerası ərzində birlikdə oynadığı ən istedadlı futbolçunun adını çəkib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, hər yerdə, o cümlədən İtaliyada da istedadlı oyunçular olduğunu deyib:
“İndiyə qədər oynadığım ən böyük istedad Roberto Bacciodur.
İstedadı evdə sosial media vasitəsilə inkişaf etdirmək mümkün deyil. Məşq etsəniz, hətta səhv etsəniz belə istedad inkişaf edər. Futbol oynamağı xoşlayırsansa, çox oynamalısan”.
Xatırladaq ki, Qvardiola futbolçu kimi “Barselona”, “Breşiya”, “Roma”, “Əl-Əhli” və “Dorados de Sinaloa”da çıxış edib. O, İspaniya millisinin də formasını qoruyub, 47 oyun keçirib və 5 qol vurub.