Bu yay qolf üzrə turnir keçiriləcək.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, sərgi xarakterli yarışda dünya və ABŞ yığmalarında məşhur simalar çıxış edəcək.
Dünya yığmasında karyerasını başa vuran sabiq birinci raketka Eşli Barti, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, “Tottenhem”in hücumçusu Harri Keyn, boks üzrə dünya çempionu Saul Alvares kimi məşhurlar da olacaq. ABŞ millisinin heyətində üzgüçü Maykl Felps, boksçu Oskar de la Xoyya da var.
Qeyd edək ki, turnir iyunun 30-dan iyulun 1-dək keçiriləcək.