Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edərək Fransaya gedib.
Lent.az xəbər verir ki, hücumçu Parisdəki “Parc Des Prınces” stadionunda Fransa çempionatının XVI turu çərçivəsində keçirilən PSJ-“Strasburq” matçını izləyib. Bu barədə futbolçu şəxsi instaqram hesabında paylaşım edib.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu matçı Messinin forması ilə izləyib.
Qeyd edək ki, matç PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.