Qurban Qurbanov
25 fevral 2022 07:17 (UTC +04:00)

Qurban Qurbanov

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar verdim"

“Bundan sonra mənim üçün ən çətin məqamlardan biri bu epizodla bağlı sualı cavablandırmaq olacaq".

Lent.az Apasport.az saytına istinadən xəbər veri ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçirilən cavab matçının birinci hissəsində komandasının qolunu ləğv elətdirməsinə münasibət bildirərkən deyib.

Fransızların 3:0 hesabı ilə qalib gəldikləri görüşün 34-cü dəqiqəsində İbrahima Vadji əllə topu qapıdan keçirsə də, məhz baş məşqçi qolun qaydalar çərçivəsində vurulmadığını ona bildirib.

Qurbanovun etdiyi feyr-pley hərəkətinə reaksiyası belə olub: “Yəqin ki, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, mən tərəfdən bu çox müzakirə olunsun. İnanmıram ki, azarkeşlər məndən küsər. Əsl azərbaycanlı kimi qərar vermək istədim. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da bildirdi ki, özüm əllə oynadım. Ədalətli qərar verməklə bağlı heç bir çətinliyim yoxdur. Sərbəst qərar verdim. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim".

O, indiyə qədər "Qarabağ"a qarşı avrokuboklarda edilən ədalətsiz qərarların fonunda nümunəvi addım atmasına belə fikir bildirib: "Öz boynuma düşən vəzifəni həmişə layiqincə yerinə yetirməyə çalışıram. Atdığım bu addımı hamı gözləyirdi. Həmişə heç kimin haqqına girməməyə çalışmışıq. Bizə qarşı edilən ədalətsizliklərə qarşı cavab vermək barədə düşünmədim. Keçmişdə olanlar yaddan çıxır, sırf oyunda olan bir hərəkət idi. Nə etmək lazım idisə, o addıma da əl atdım".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar