“Fənərbaxça”nın futbolçusu Məsut Özilin “Qızıl top”a əsas namizədi bəlli olub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Almaniya millisinin sabiq yarımmüdafiəçisi fikrini Çempionlar Liqasının “Mançester Siti” – “Real” oyunundan sonra açıqlayıb.
Özil İspaniya klubunda komanda yoldaşı olduğu Kərim Benzemanı ən yaxşı hesab etdiyini gizlətməyib: “Fantastik matç! “Qızıl top”u Benzemaya verin”.
Qeyd edək ki, Məsutla Kərim 2010-13-cü illərdə “Real”da komanda yoldaşı olub.