Luiş Fiqu, keçmiş futbolçu
17 aprel 2021 19:39 (UTC +04:00)

Luiş Fiqu, keçmiş futbolçu

“Qızıl Top” sahibi olan əfsanə futbola necə baxır? - Pivə, şampan və...

Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi və 2000-ci ildə “Qızıl top” mükafatçısı Luíş Figu təqaüdə çıxdıqdan sonra futbola necə baxdığını və yayımlar zamanı nə yediyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun dediyinə görə, yayda futbola baxanda, adətən sərinləşdirici içkilər – pivə, şampan içir. Qışda isə qırmızı şəraba üstünlük verir. 

“Nə yeyirəm? Pendir və kürü”, - 48 yaşlı Fiqu deyib. 

Xatırladaq ki, Fiqu karyerası boyunca Lissabonun “Sportinq”, “Barselona”, “Real” və Milanın “İnter” klublarının şərəfini qoruyub. 

Dörrd dəfə İspaniya və İtaliya çempionu olub, Çempionlar liqasında qalib gəlib. 2004-cü ildə Portuqaliya millisi ilə vitse-çempiondur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar