“Qarabağ”ın futbolçusu Qaspar Panadero karyerasını Kiprdə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
İspaniyalı yarımmüdafiəçi AEK-ə keçib. “Qarabağ”ın uğursuz transferi sayılan Qaspar Larnaka təmsilçisində icarə əsasında çıxış edəcək. O, mövsümün sonunadək bu klubda oynayacaq.
Qeyd edək ki, yayda Ağdam klubuna keçən ispaniyalı Premyer Liqada cəmi 4 oyun keçirib və 243 dəqiqə meydanda olub.