"Qarabağ" "Sabah"ı məğlub etdi
17 sentyabr 2023 21:39 (UTC +04:00)

"Qarabağ" "Sabah"ı məğlub etdi

Bu gün Misli Premyer Liqasının VI turuna yekun vurulub.

Lent.az-ın məlumatına görə, oyunlar Tovuz və Bakıda baş tutub.

“Turan-Tovuz” öz meydanında autsayder  “Qəbələ”ni qəbul edib. Qərb təmsilçisi bu mövsüm öz meydanında keçirdiyi ikinci oyundada qələbə qazana bilməyib. Amma komanda buna çox yaxın olub. Tovuzlular 2:0 hesabı ilə önə keçsələr də, "Qəbələ" məğlubiyyərdən xilas ola bilib.

Çempion “Qarabağ” yüksək yerlər uğrunda yarışan “Sabah”ı qəbul edib. Qurban Qurbanovun yetirmələri fasilədən sonra qələbə qollarını vurublar. Qonaq komandanın isə qələbəsiz oyunlar seriyası dördə yüksəlib.

Qeyd edək ki, VII turun oyunları sentyabrən 23-25-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Oxşar yazılar