“Qarabağ” "Marsel"ə uduzdu
18 fevral 2022 01:55 (UTC +04:00)

“Qarabağ” "Marsel"ə uduzdu

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, qitə kuboklarında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Konfrans Liqasında pley-off matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Fransada “Marsel”in qonağı olub. Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qarabağ” adlı-sanlı rəqibi ilə səfər matçından məğlub ayrılıb.

Konfrans Liqasının qrupunda ikinci olan təmsilçimiz Avropa Liqasının üçüncüsü kimi bu turnirə yuvarlanan rəqibi ilə başabaş mübarizə aparsa da, bu, nəticədə öz əksini tapmayıb. “Velodrom” stadionundakı görüşdə ev sahibləri 2 top fərqilə qələbə qazanıb. Arkadiuş Milik fasilə ərəfəsində dubla imza atsa da, matçın sonlarında Kadi Borqes hesabı 1 topa endirib. Lakin əlavə olunmuş dəqiqələrdə Dimitri Paye “Marsel”in 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Oxşar yazılar