Üç gündən sonra Konfrans Liqasının pley-off mərhələsinin oyunları keçiriləcək.
Lent.az Apasport.az saytına istinadən xəbər veri ki. ilk matçlar ərəfəsində UEFA-nın mətbuat xidməti qarşılaşmalar barədə düşüncələrini açıqlayıb.
Qurumun rəsmi saytında dərc olunan mərhələnin afişasında “Qarabağ”ın “Marsel”lə duelinə də yer ayrılıb: “Marsel” Avropa Liqasının qrup mərhələsinin VI turunda “Lokomotiv”ə qalib gələrək qitədəki çıxışını uzatdıqdan sonra uğurlu oynayır. Həmin vaxtdan Xorxe Sampaolinin yetirmələri cəmi iki dəfə uduzub. Komandanın xarakterik cəhətinə çevrilən qətiyyətli müdafiə xətti hücumdakı istedadlar Arkadiuş Milik, Dimitri Paye və Çingiz Ündərlə daha sıx oynayır. Amma Azərbaycan liqasının lideri “Qarabağ” sınaq olacaq. “Lill”dən olan hücumçu Abdulla Zubirin də heyətində yer aldığı komanda qrup mərhələsində yaxşı təəssürat oyadıb və mövsümdə cəmi iki dəfə uduzub. Hər iki komanda qrup mərhələsində yalnız bir dəfə uduzub. “Marsel” Avropa Liqasındakı ilk dörd matçında heç-heçə etdikdən, “Qarabağ” isə üç qələbə və 2 bərabərlikdən sonra uduzmaqla 2-ci yeri tutub”.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” görüşü fevralın 17-də keçiriləcək.