“Qarabağ” ilk oyununda səfər qələbəsi qazandı
24 avqust 2023 23:59 (UTC +04:00)

“Qarabağ” ilk oyununda səfər qələbəsi qazandı

“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib.

Qurban Qurbanovun yetirmələri Sloveniya “Olimpiya”sının qonağı olub. Çempionlar Liqası ilə vidalaşan rəqiblərin dueli Lyublyanada baş tutub. Cari avrokubok mövsümündə bütün qarşılaşmalarda qol vuran Ağdam klubu bu dəfə də uğur qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-off, ilk oyun
24 avqust
22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:2

Qol: Medina, 32. Leandro Andrade, 44
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas

Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Maurisio, 6. Mateo Karamatiç, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaz Krefl, 77. Aldin Yakupoviç.

Baş məşqçi: Joao Enrikes.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Lyublyana. “Stojitse” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Oxşar yazılar