Azərbaycan Premyer Liqasında klubların 2021/22 mövsümünün yekunu üçün təxmini yerləri yenilənib.
Apasport.az saytının məlumatına görə, araşdırmaya əsasən, XXI turun nəticələrindən sonra “Qarabağ”ın çempionluğuna heç bir şübhə yeri qalmayıb.
Geridə qalan turda qələbə qazanması və ən yaxın izləyicilərinin büdrəməsi ağdamlıları qızıl medallara bir qədər də yaxınlaşdırıb. Artıq “Qarabağ”ın çempionluq şansı 100 faizə bərabər sayılır. Ötən tura qədər cüzi ümidi olan “Neftçi”, “Zirə” və “Qəbələ”nin artıq heç şansının qalmadığı proqnozlaşdırılıb.
Komandaların mövsümü turnir cədvəlindəki hazırkı mövqelərində bitirəcəyi ehtimal edilir. İkinci yeri tutması gözlənilən “Neftçi”nin sonda “Qarabağ”dan 19 xal az toplaması düşünülüb.
“Sabah” son vaxtlar yüksəlişdə olmasına baxmayaraq, bu komandanın ilk “dördlüy”ə düşəcəyi gözlənilmir. Bu isə o deməkdir ki, Bakı klubunun avrokuboklara vəsiqə qazanmaq şansı qalmayıb. Çünki “Sabah” ölkə kubokunda da mübarizəni dayandırıb.
Mövsümün sonunda Premyer Liqada turnir cədvəlinin aşağıdakı kimi olacağı proqnozlaşdırılır:
Yer |
Komanda |
Çempionluq şansı |
Təxmini xalı |
İndiki xalı |
1 |
Qarabağ |
100% |
69 |
49 |
2 |
Neftçi |
0% |
50 |
38 |
3 |
Zirə |
0% |
46 |
36 |
4 |
Qəbələ |
0% |
43 |
34 |
5 |
Sabah |
0% |
37 |
29 |
6 |
Keşlə |
0% |
27 |
20 |
7 |
Sumqayıt |
0% |
20 |
14 |
8 |
Səbail |
0% |
15 |
11 |