Çempionlar Liqası: “Qarabağ” - “Ayntraxt” oyununda hesab bərabərləşdi  - YENİLƏNİB  - CANLI
21 yanvar 2026 22:18 (UTC +04:00)

Çempionlar Liqası: “Qarabağ” - “Ayntraxt” oyununda hesab bərabərləşdi - YENİLƏNİB - CANLI

0

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci qol vurulub.

Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 11-ci dəqiqəsində rəqibin heyətində Can Uzun hesabı bərabərləşdirib.

Görüşün 4-cü dəqiqəsində Kamilo Duran komandamızı önə keçirərək hesabı açmışdı.

***

21:50

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” 6 turdan sonra 7 xalla 25-ci sıradadır. “Ayntraxt” isə 4 xalla 33-cü pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur

21 yanvar

21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya)
Baş hakim: Sandro Şerer (İsveçrə)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar