Dünəndən Masazırdakı binalardan birində sakinlər işıqsız qalıb. Problem də odur ki, həmin MTK-da qaz olmadığından mənzillərin istiliyi elektriklə təmin olunur.
Məsələ ilə bağlı Lent.az-a müraciət edən sakinlər bildiriblər ki, dünən günorta saat 14:15-dən bəri Masazırda, Səyavuş Aslan küçəsi 1-dəki MTK-da işıqlar sönüb.
Elektrik enerjisinin kəsilməsinə səbəb olaraq isə MTK rəhbərliyi isə transformatorun sıradan çıxmasını göstərirlər. “Azərişıq”ın qaynar xəttindən briqada göndəririk deyilsə də, daha sonra səs-soraq çıxmayıb.
Lent.az-ın sorğusuna “Azərişıq”dan bildirildi ki, həmin binanın transformatoru MTK-nın öz öhdəliyindədir:
“O bina tam hazır hesab edilmir, yəni sakinlərin istifadəsinə verilməyib. Buna görə də çox insan oradan köçürülüb. Yəni hazırda orada yaşayışın olması belə qanuni deyil. Məsələnin “Azərişıq”a heç bir aidiyyatı yoxdur”.