Bu obyektdə at ətindən qutab  hazırlanırmış - VİDEO
21 yanvar 2026 14:20 (UTC +04:00)

Bu obyektdə at ətindən qutab hazırlanırmış - VİDEO

0

Ət qutabında at əti DNT-si aşkarlanıb. 

Bu barədə AQTA-dan Lent.az-a bildirilib. 

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib.

Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. 

Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb.

Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar