Azərbaycanda 22 dərəcə şaxta olacaq, yolları buz bağlayacaq  - PROQNOZ
21 yanvar 2026 12:45 (UTC +04:00)

Azərbaycanda 22 dərəcə şaxta olacaq, yolları buz bağlayacaq - PROQNOZ

0

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar