Bakıda gənc oğlan küçədə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.
21 yaşlı Yaqubov Yaqub Elnur oğlu küçədə qəfil dünyasını dəyişib. Meyit yoldan keçənlər tərəfindən aşkarlanıb. Y. Yaqubovun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.